330x110
 

Beş kriptovalyuta kəskin ucuzlaşdı - Birja

23.10.2019,17:21


23 oktyabr, Fineko/abc.az.  Kriptovalyuta bazarında elektron pulların qiymətlərinin əksəriyyəti ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, daha çox populyar olan 6 elektron puldan yalnız Tether bahalaşa bilib. Digərləri 5-i isə dəyər itirərək, xeyli ucuzlaşıblar. Bitcoin SV 10 faizə yaxın, Tron 8 faizə yaxın, Ethereum isə 7 faizə yaxın dəyər itirib. Eskepertlər hesab edir ki, kriptovalyutaların dəyər itirməsi onlara marağın get-gedə azalmasından qaynaqlanır.

Kriptovalyuta bazarındakı qiymətlərə təqdim etdiyimiz cədvəldən tanış ola bilərsiniz.

 

Kriptovalyuta Qiyməti Artıb-azalması
Bitcoin $7 677,91 -7,13%
Ethereum $162,88 -6,45%
Bitcoin Cash $213,46 -7,52%
Tether $1,01 0,40%
TRON $0,014426 -7,08%
Bitcoin SV $98,50 -9,61%