330x110
 

Ramiz Mehdiyev AMEA-nın rəhbəri vəzifəsinə təyin edildi

23.10.2019,17:30


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Elmlər Akademiyasının (AMEA) prezidenti ölkə Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev seçilib.

Ötən gün səhhətinə görə bu vəzifədən istefa verən Akif Əlizadə Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.