Azərbaycan əhalisinin pul gəlirləri artıb

16:00 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 43,389,9 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında adambaşına düşən nominal pul gəlirləri 7,2% artaraq 4,459 milyon manat təşkil etmişdir.

Bütün vergilərin və digər zəruri ödənişlərin ödənilməsindən sonra əhalinin sərəncamında  39 692,4 milyon AZN həcmində gəlirlər qalmışdır ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarında qeyd edilən göstəricidən 8,4% çoxdur.

Yanvar-noyabr ayları üzrə Azərbaycanda orta illik inflyasiya 13,4% təşkil etmişdir.

Əhalinin nominal pul gəlirləri 2016-cı ildə  8,7% artmışdır.

 

Bütün xəbərlər