Ötən günkü kəskin yüksəlişdən sonra neftin qiyməti aşağı düşür

10:06 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Dünənki sıçrayışdan sonra, neftin etalon markalarının qiymətləri bu günkü ticarətdə azalır.

WTI və Brent çərşənbə günü son ayı üzrə maksimum həddə çatmışdır.

Oktyabrın 23-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $1,47 (2,46%) yüksələrək, bağlanışda bir barelə $61,17  təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,31 (0,51%) ucuzlaşaraq $60,86 bir barelə $60,86 təşkil edib.

NYMEX birjasında oktyabrın 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $1,49 (2,73%) kəskin artaraq $55,97 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,44 (0,79%) enərək $55,53 təşkil etmişdir.

 

Bütün xəbərlər