Trans-Adriatik qaz boru kəməri üzrə işlər 90% icra olunub - Pərviz Şahbazov

12:10 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Qlobal miqyasda texnologiyaların təşviqi ilə enerji sektorunda bərpa olunan enerjidən geniş istifadə və enerji səmərəliliyi sayəsində enerji transformasiyası baş verib.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Energetika naziri Pərviz Şahbazov deyib. Enerji diversifikasiyası layihəsi Cənub Qaz Dəhlizindən danışan nazir bildirib ki, ötən ilin iyul ayından indiyə kimi TANAP-la Türkiyəyə 3 mlrd. m3-dən çox qaz nəql olunub.

O qeyd edib ki, Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə -Trans-Adriatik qaz boru kəməri üzrə isə işlərin icra vəziyyəti 90%-ə yaxındır: “2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Cənub Qaz Dəhlizinin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir,”deyə nazir əlavə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər