İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

16:27 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında İpoteka və Kredit Zəmanət Fondu ASC – nin AZ2040008685 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutdu.

Bu barədə BFB məlumat yayıb.

Qeyd olunur ki, yerləşdirmə zamanı hərrac qiyməti 1,007.8333 olmuşdur.  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 mln.  manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 mln.  manat təşkil etmişdir. İstiqrazların   ödəmə tarixi 23 mart  2042-ci ildir.

 

Bütün xəbərlər