Valideynlər övladlarına internet şəbəkəsində nəzarət etsə də, özlərinə etməyi unudurlar – Mütəxəssislər

16:30 - 24.10.2019


24 oktyabr, Fineko/abc.az. Bakıda keçirilmiş araşdırmanın nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.

ABC.AZ xəbər verir ki, bu fikirlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi - 2019” çərçivəsində “Kaspersky Security Day” tədbiri ilə bağlı keçirilmiş mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında bildirildi ki, “Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Valideynlərin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir.

“Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır. Çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər