Neft qiymətləri həftəni artımla başa çatdırır, Azərbaycan nefti 2% bahalaşıb

10:43 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $1,31 (2,04%) artaraq bir barelə $65,66 təşkil edib.

Cümə günü keçirilən ticarətdə, neft qiymətləri düşməkdədir, lakin həftəni əvvəlki ticarət sessiyalarından sonra artımla başa vurur. Həftənin əvvəlindən  Brent 3,3%, WTI markalı neft isə 4% bahalaşıb.

Oktyabrın 24-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,50 (0,82%) artaraq bir barelə $61,67 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,34 (0,55%) azalaraq bir barelə $61,33 təşkil edib.

NYMEX birjasında oktyabrın 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,26 (0,46%) artaraq bir barelə $56,23 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,35 (0,62%) azalaraq bir barelə $55,88 təşkil etmişdir.

 

Bütün xəbərlər