AMB uçot dərəcəsini 2019-cu ildə yeddinci dəfə endirib

11:27 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 0,25% azaldıb.

AMB-nin məlumatında deyilir ki, son aylarda neftin qiymətinin stabilləşməsi, aşağı inflyasiya və sabit makroiqtisadi vəziyyət faiz dərəcəsinin 8%-dən 7,75%-ə qədər azaldılmasına şərait yaradıb.

Bu qərar oktyabrın 25-dən qüvvəyə minib.

“Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 6%-ə, yuxarı həddi isə 9,75%-dən 9,5%-ə endirilib” - məlumatda  belə deyilir.

Məlumatda qeyd olunur ki, uçot dərəcəsi məsələsinə baxılacaq növbəti iclas 13 dekabr 2019-cu il tarixində keçiriləcək.

Bu, artıq 2019-cu ildə AMB-nin uçot dərəcəsinin yeddinci endirilməsidir. Xəbər verildiyi kimi, 1 fevral 2019-cu il tarixində AMB uçot dərəcəsini 9,75%-dən 9,25%-ə, 15 martda – 9,25%-dən 9%-ə, 26 aprel tarixində - 9%-dən 8,75%-ə, 7 iyun tarixində - 8,5%-ə, 26 iyulda - 8,25%-ə, 13 sentyabrda - 8%-ə endirib.

2018-ci il ərzində faiz dərəcəsi mərhələli şəkildə 15%-dən 9,75%-ə endirilib.

AMB 12 fevral 2018-ci il tarixində uçot dərəcəsini 15%-dən 13%-ə endirib. 9 aprel 2018-ci il dərəcəsi 13%-dən 11%-ə endirildi. 14 İyun 2018-ci il tarixində faiz dərəcəsi 11%-dən 10%-ə endirildi. 1 avqust 2018-ci il tarixində Bank faiz dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verib. 30 oktyabr 2018-ci il dərəcəsi 10%-dən 9,75%-ə endirildi. 26 dekabr 2018-ci il tarixində AMB-nin İdarə Heyəti dərəcənin 9,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

 

 

Bütün xəbərlər