Azərsu tender elan edir

14:55 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. “Azərsu” ASC daxili vəsaiti hesabına əyləc qəliblərinin elektron qaydada satın alınması üçün eaçıq tender elan edir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 18 noyabr 2019-cu il saat 18.00-a , tender təklifi və bank təminatını isə 26 noyabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 27 noyabr 2019-cu il saat 11.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

 

Bütün xəbərlər