Dövlət Neft Fondunun idarə edilməsinə 18 milyon manat xərclənib – 9 Ayda

15:35 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 715,2 milyon manat, büdcə xərcləri isə 7 680,4 milyon manat təşkil edib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat olub. Hesabata əsasən, sözügedən dövrdə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 640,3 milyon manata bərabər olub.

Həmçinin bəhs olunan dövrdə ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 536,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. Bəhs olunan dövrdə Fondun idarə edilməsinə 18,0 milyon manat xərclənib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər