İslahat proseslərinin rəqəmsal platforması yaradılıb – Azərbaycanda

16:52 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az.  BP və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə həyata keçirdiyi elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi” layihəsi başa çatıb.

ABC.AZ xəbər verir ki, layihə qabaqcıl proqram təminatının hazırlanması vasitəsilə İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək xarakteri daşıyırdı.

Bu proqram təminatı İİTKM-nin 50-yə yaxın dövlət orqanından, həmçinin nazirlik, agentlik və komitələrdən aldığı iqtisadi məlumatları emal etməsinə yardım edəcək.

 İİTKM-in icraçı direktoru Vüsal Qasımlı deyib ki, mərkəz strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir.

Qeyd edək ki, yeni layihənin ümumi dəyəri 204 000 AZN-dir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər