İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub

17:20 - 25.10.2019


25 oktyabr, Fineko/abc.az. “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub.

Nazirlikdən verilən məlumata görə, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.

Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər və seminarlar təşkil edəcək.

 

Bütün xəbərlər