Bu qaydarala dəyişiklik edildi – YENİLİK

10:30 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq kapital bazarının inkişaf etdirilməsi, repo bazarının canlandırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası (BFB) və AFBİA-nın nümayəndələrinin təklifləri əsasında “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dair dəyişikliklər təsdiq edilib.

ABC.AZ xəbər verir ki, təsdiq olunan dəyişikliklər kapital bazarının inkişaf etdirilməsi, repo bazarı və marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması ilə bağlı məsələləri ehtiva edir. Qaydalarda qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla aşağıdakı vacib dəyişikliklər öz əksini tapıb.

Repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilib. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq, BFB-nin əsas və standart bazar seqmentində listinqə daxil olan bütün korporativ qiymətli kağızlar repo predemti ola bilər. Habelə, yüksək reytinqli (ən azı «B-») və birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları da repo predmeti ola bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər