Gənc ailələrə sosial ev və güzəştli ipoteka krediti alması üçün hüquq verilməlidir – İqtisadçıdan Açıqlama

11:24 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı ekspert  Vüqar Bayramov güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilməyən gənc ailələr üçün təkliflər irəli sürüb.

ABC.AZ xəbər verir ki, mərkəz rəhbəri sözügedən məsələ ilə bağlı təklifində qeyd edib ki, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. “Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa o sosial mənzilə və güzşətli ipotekaya müraciət hüququna malik olmur” deyə V.Bayramov qeyd edib. Buna görə də, 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibidr deyən iqtisadçının məsələyə öz yanaşması və maraqlı təklifləri var: “Daha yaxşı olardı ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrin ev problemləri dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunsun. Bu kateqoriya vətəndaşlarımızın sosal vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzil ilə təminatı davam etdirilməlidir. İiyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür. Güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər