Azərbaycanda daha bir investisiya şirkəti yaradılır - BEYNƏLXALQ BANK TƏRƏFİNDƏN

12:39 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı investisiya şirkəti yaradır. Belə bir investisiya şirkətinin yaradılması yeni strategiyamızda nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan Beynəlxalq Bankı üçün əlavə dəyər yarada biləcək yeni və innovativ biznes ideyalarının reallaşdırılması niyyətindən irəli gəlir. Sədr qeyd edib ki,  strategiyaya uyğun olaraq yüksək gəlirli müştərilərə, o cümlədən korporativ müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən investisiya şirkəti yaradılacaq və platforma qurulacaq: “Düşünürük ki, belə bir şirkətin uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük potensial var. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 11 oktyabr 2019-cu il tarixində keçirilmiş ümumi yığıncağında bu şirkətin yaradılmasına qərar verilib.

Hazırda Bankın İdarə Heyəti tərəfindən şirkətin yaradılması və fəaliyyətə başlaması üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməkdədir”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər