330x110
 

Prezident Qəbələdə bir sıra sosial layihələrin açılışında iştirak edib

28.10.2019,15:49


28 oktyabr, Fineko/abc.az. Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.

Səfər çərçivəsində Prezident , rayonda bir sıra sosial layihələrin açılışında iştirak edib.

Belə ki, Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasimində iştirak edib.

Digər sosial layihə Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

Qəbələdə Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Prezident Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Prezident “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, yenidən qurulan 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.