Sentyabrda ölkəyə 4213 avtomobil idxal olunub

16:32 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sentyabr ayında Azərbaycana  4213 avtomobil gətirilib.

Qeyd olunur ki, ölkəyə gətirilən avtomobillərin 125-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3737-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 335-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 16-sı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər