Expressbank-dan ailə biznesinə dəstək!

16:50 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Expressbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində dəstək və motivasiyaedici layihələrini davam edir. Belə ki, bu dəfə bank 25 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində fəaliyyət göstərən ABAD  (Ailə Biznesinə Asan Dəstək) ilə birlikdə “ABAD-la DAD” tədbirinə imza atmışdır. 

Tədbir yerli istehsalatın gücləndirilməsinə töhfələr vermək, ailə biznesinin təbliğatı məqsədilə təşkil edilmişdir. Görüşdə 50-yə yaxın media nümayəndələri Expressbank-ın təşkilatçılığı ilə bir araya toplaşaraq, ABAD-çıların istehsal etdiyi məhsullardan hazırlanmış səhər yeməyi təamlarını dadmışlar. Media nümayəndələri görüşü yüksək dəyərləndirmiş, yaradılmış şəraitə görə ABAD və Expressbank-a təşəkkürlərini bildirmişlər.

Tədbirdən hazırlanmış qısa video çarx ilə https://youtu.be/TLjnbgYZyL4  linkdən tanış ola bilərsiniz. 

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 

Bütün xəbərlər