Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırıla bilər – Hadı Rəcəbli

16:51 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət artırıla bilər.

ABC.AZ xəbər verir ki, bunu Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Apa tv”-nin canlı yayımında onaq olarkən deyib. Millət vəkili bildirib ki, rəhbəri olduğu komitə sözügedən məbləğin 300 manata qədər artırılmasını istəyir.

Qeyd edək ki, uşağın anadan olmasına görə sosial müavinətin məbləği hazırda 200 manatdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər