Neft ucuzlaşıb, Azeri Light markalı neftin dəyəri 1% azalıb

10:25 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $0,65 (1%) azalaraq bir barelə $65,35 təşkil edib.

Neft qiymətləri bazar ertəsi günü azalıb və cari ticarətdə azalmağa davam edir.

Oktyabrın 28-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,45 (0,73%) azalaraq bir barelə $61,57 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,20 (0,32%) azalaraq bir barelə $61,37 təşkil edib.

NYMEX birjasında oktyabrın 28-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,85 (1,5%) enərək bir barelə $55,81 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,20 (0,36%) azalaraq bir barelə $55,61 təşkil etmişdir.

 

Bütün xəbərlər