Azərbaycan 125 ölkə arasında birinci oldu – HESABAT

11:03 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" hesabatında 14 pillə irəliləyib.

ABC.AZ xəbər verir ki, hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019"-da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub. “İşə götürmənin asanlığı 1-ci yer, aktiv əmək bazarı siyasəti 32-ci yer, işçi-işəgötürən əməkdaşlığı 30-cu yer, əmək haqqının məhsuldarlığa uyğunluğu 14-cü yer, birbaşa xarici investisiyalar və texnologiya transferi 28-ci yer, istedadların cəlbi 17-ci yer, qadınların liderlik imkanları 34-cü yer, müəssisə daxilində əməkdaşlıq 26-cı yer, müəssisələr arasında əməkdaşlıq 19-cu yer, sosial müdafiə 33-cü yer, istedadların ölkədə saxlanılması 25-ci yer, həkim sıxlığı 26-cı yer, orta təhsilli əmək qüvvəsi 5-ci yer, orta təhsilli əhali 4-cü yer, ixtisaslı işçinin tapılması imkanı 30-cu yer, təhsilin iqtisadiyyata uyğunluğu 33-cü yer, orta təhsilin əmək bazarına uyğunluğu 20-ci yer, ali təhsilin əmək bazarına uyğunluğu 36-cı yer, ali təhsilli əhali 33-cü yer, alimlərin və mühəndislərin əlçatarlığı 23-cü yer” deyə icraçı direktor əlavə edib.

 V. Qasımlı sözügedən hesabatın məqsədinə də münasibət bildirib: “Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" hesabatının məqsədi innovasiya, artım və rəqabətliliyi gücləndirmək üçün fərdlərin və komandaların potensialı və istedadı ətrafında qlobal müzakirə açmaqdır. Təkcə 2019-cu ildə həyata keçirilən iki inqilabi sosial paket birbaşa insan kapitalına qoyulan sərmayədir və Prezidentin siyasətinin mərkəzində insan amilinin olmasını göstərir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər