Bakıda IV Bankçılıq Forumu keçiriləcək

12:07 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Noyabrın 6-7-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər dövlət qurumlarının dəstəyi ilə ənənəvi “IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda forum keçiriləcək. Forum 6 paneldən ibarət olacaq.

ABA-dan ABC.AZ saytına verilən məlumata görə, forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmentinin, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dək beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcək.

İştirakçılar və spikerlər arasında “Mastercard”, “Cross”, “Oracle”, “BS/2”, “Zolotaya Korona”, “Tieto”, “Group-IB”, “Solanteq”, “Dell”, “Commerzbank”, “Terrasoft”, “PayPorter”, “ihs Teknoloji”, EFSE”, “Wallyt”, “S&P Global Ratings”, “Pafilia”, “Spektr Centre for Research and Development”, “Simbrella”, “Diebold Nixdorf”, “Polish Bank Association”, “RDTEX”, “FICO Tonbeller”, “Qulix”, “IDNT”, “Adecco” və sair maliyyə-texnologiya və digər şirkətlərinin nümayəndələri də var.

 

Bütün xəbərlər