Bütün gözlər Amerikada – FED faiz dərəcələrini AÇIQLAYACAQ

12:20 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az.  ABŞ Mərkəzi Bankı (Fed) növbəti dəfə faiz qərarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, ABŞ Mərkəz Bankının faiz dərəcələrinə baxılması məsələsi 2019-cu ildə artıq 3-cü dəfədir. İqtisadçılar hələlik Fed-in faiz dərəcələri ilə bağlı hansı qərarı verəcəyini indidən proqnoz verməkdə çətinlik çəkirlər. Onlar hesab edir ki, Fed faiz dərəcələrini cüzi də, çox da endirə bilərlər. Bəzi ekspertlər isə düşünür ki, Fed  faizləri 1,75% - 2% aralığından 1.5% - 1.75% aralığına qədər endirə bilər. Ekspertlərin fikrincə, Fed hazırkı faizləri dəyişməyərək uyğun olduğunu bildirsə bu bir çoxları üçün sürpriz olacaq.

Qeyd edək ki, Fed faiz qərarını sabah Bakı vaxtı ilə 22:00-da açıqlayacaq.

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər