“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirmişdir

12:28 - 16.12.2017


Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirmişdir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olmuşdur.

 

36 ton həcmində yük Çin Xalq Respublikasından Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilmişdir.

 

“Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına “Вoeing 747-8F” və “Вoeing 747-400F” təyyarələri daxildir. 

 

"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit hab kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.

 

Bütün xəbərlər