Palata 9 ayın sığorta sektorunun maliyyə göstəricilərini açıqlayıb

14:33 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az.  Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-sentyabr ayları üçün sığorta sektorunun göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, sözügedən dövrdə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522 milyon 5 min manat məbləğində sığorta haqqı toplanıb, 201 milyon 7 min manat sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 351 milyon 7 min manat, ödənişlər isə 143 milyon 4 min manat təşkil edib. Bəhs olunan dövrdə icbari sığorta bazarı üzrə haqlar 170 milyon 7 min manat, ödənişlər isə 58 milyon 3 min. manat olub. Bu ilin 9 ayında sektor üzrə məcmu sığorta haqlarının 67.3%-i könüllü, 32.7%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər