Avtomobillərin icbari sığortasında artım olub - 10 Milyon Manatdan Çox

14:56 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında (yanvar-sentyabr) həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29% (8.1 mln. manat) artım olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-sentyabr ayları üçün sığorta sektoru ilə bağlı açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10 milyon 400 min manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5 milyon 400 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 milyon 600 min manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər