Ən çox sığorta haqqı toplayan şirkətlər – Siyahı

15:28 - 29.10.2019


29 oktyabr, Fineko/abc.az.  Bu ilin yanvar-sentyabr aylarında ən çox sığorta haqqı toplayan “Paşa Həyat” şirkəti olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta sektoru ilə bağlı sözügedən dövr üçün açıqladığı hesabatda qeyd olunub.

Adıçəkilən şirkət 9 ay ərzində 164 milyon 442 min manat toplaya bilib. “Paşa Həyat –dan sonra ikinci daha çox haqq toplayan “Paşa Sığorta” şirkətidir. Bu şirkət də  yanvar –sentyabr aylarında 118 milyon 960 min manat toplayıb. 41 milyon 920 min manat toplayan AzərSığorta şirkəti də ən çox haqq toplayanlar arasına düşə bilib. Ən çox haqq toplayan şirkətlərin sırlamasında “Atəşgah” 27 milyon 877 min manatla 4-cü,  “Atəşgah Həyat” Sığorta şirkəti isə 28 milyon 628 min manatla 5-ci yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər