330x110
 

Bu şirkətlər 9 ayda ən az sığorta haqqı toplayıb - Siyahı

29.10.2019,15:58


29 oktyabr, Fineko/abc.az. “AXA MBASK” 2019-cu ilin yanvar-sentyabr aylarında ən az sığorta haqqı toplayan şirkət olub.

ABC.AZ xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bu ilin 9 ayı üçün sığorta sektorunun maliyyə durumu ilə bağlı açıqladığı hesabatda qeyd olunur ki, adıçəkilən şirkət sözügedən dövrdə 977 min 600 manat sığorta haqqı toplayıb. 862 min 300 manat vəsait toplayan  “Bakı Sığorta” da ən az sığota haqqı yığan şirkətlər arasında ikincidir. “Bakı Sığorta”-dan da az vəsait toplayan ”Xalq Həyat” 577 min manat yığımla sıralamada üçüncüdür. “Naxçıvansığorta” 403 min 600 manatla dördüncü, 373,4 min manat sığorta haqqı toplayan “Amrah Sığorta” isə sonuncudur.

Müəllif: Elmir Murad