330x110
 

Azərbaycan nefti 1,45% bahalaşıb

30.10.2019,09:57


30 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $0,95 (1,45%) artaraq bir barelə $66,30 təşkil edib.

Çərşənbə günü ticarətində neftin etalon markalarının qiyməti tədricən azalır.

Oktyabrın 29-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,02 (0,03%) artaraq bir barelə $61,59 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,19 (0,31%) azalaraq bir barelə $61,40 təşkil edib.

NYMEX birjasında oktyabrın 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,27 (0,48%) azalaraq bir barelə $55,54 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $$0,26 (0,47%) azalaraq $55,28 təşkil etmişdir.