Natia Turnava: Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir

11:40 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Gürcüstan ərazisində həyata keçiriləcək istənilən iri regional layihə ölkənin təhlükəsizliyi və sabitliyini möhkəmləndirəcək.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri Gürcüstan ərazisindən keçir, lakin bu layihələr ölkəyə məxsus deyil. Bu layihələr regional əhəmiyyətə malikdir və dəhlizin bütün ölkələrinin təhlükəsizliyinə töhfə verir.

Bu sözləri Gürcüstanin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava “1TV.ge” (birinci kanal) kanalındakı “Sərbəst baxış” proqramında ölkə ərazisində inşa olunan dərin özüllü “Anaklia” limanı layihəsinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, hər iki boru kəməri Gürcüstanın enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir. “Anaklia” layihəsi Gürcüstan üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri qədər strateji əhəmiyyətə malikdir.

N.Turnava deyib ki, bu yaxınlarda keçirilən beynəlxalq Tbilisi İpək Yolu Forumunda bir çox ölkələrin nümayəndələri Gürcüstanda dərin özüllü dəniz limanının tezliklə inşa edilməsində maraqlı olduqlarını bildiriblər: “Layihə yalnız bizim deyil, digər ölkələrin də maraqlarına cavab verir”.

© Azertag.az

 

Bütün xəbərlər