Sentyabrda “Azərkosmos” ASC-nin gəliri 2,2 milyon dollar təşkil edib

11:59 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. 2019-cu ilin doqquz ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon  dollar dəyərində xidmət ixrac edilib.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan hesabata əsasən xəbər verir.

Hesabatda qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 %-ni təşkil edib.

2019-cu ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 2,2 milyon dollar dəyərində xidmət ixrac edilib.

Cari ilin doqquz ayında ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

 


Bütün xəbərlər