330x110
 

Sentyabrda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 mln. dollar olub

30.10.2019,14:13


30 oktyabr, Fineko/abc.az. Cari ili doqquz ayında Azexport.az portalına 436,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,4 %  artım deməkdir.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan hesabata əsasən xəbər verir.

Qeyd olunur ki, 2019-cu ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1  milyon dollar təşkil edib.

2019-cu  ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ  (5,6%)  və İngiltərə (5,1%) qərarlaşıb.

Sentyabrda ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 sentyabr tarixinə kimi (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 milyon dollar təşkil edib.