330x110
 

Avqustda Türkiyə Azərbaycandan 735 mln. kubmetr təbii qaz idxal edib

30.10.2019,14:20


30 oktyabr, Fineko/abc.az. Avqust ayında Türkiyə Azərbaycandan 735 milyon kubmetr təbii qaz idxal edib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Bildirilir ki, avqustda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyulla müqayisədə 165 milyon kubmetr azalıb. Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,45 milyard kubmetr) sonra ikinci olub.

Bu ilin səkkiz ayında qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 6 milyard 45 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.

Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

© Azertag.az