Cari ilin doqquz ayında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb

14:42 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon dollar və ya 17% artdığını göstərir.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan hesabata əsasən xəbər verir.

Qeyd olunur ki, bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2  milyon və İtaliyaya 34,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 %, Türkiyəyə 10 %, İsveçrəyə 19%, Gürcüstana 26% və İtaliyaya 2,2 dəfə artıb.

 

Bütün xəbərlər