Son bir ildə sığorta yığımları azalan şirkətlər - Siyahı

15:34 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 22 sığorta şirkətindən 10-nun yığımları artıb, 11 şirkətin yığımları isə azalıb.

ABC.AZ xəbər verir ki, bunu Maliyyə Bazarlarının Nəzarət Palatasının (MBNP) sığorta sektorunun maliyyə hesabatında aydın görmək olur.

Yığımı ən çox azalanlardan “Paşa Həyat” şirkəti (44 mln. 785 min manat), bağlanma prosesində olan “AXA MBASK” (13 mln. 455 min manat), “Atəşgah Həyat” (12 mln. 786 min manat), “Meqa Sığorta”( 3 mln. 151 min manat),”Azərbaycan Sənaye Sığorta” (2 mln. 636 min manat), “Ata Sığorta” (2 mln. 576 min manat),” AzSığorta”(2 mln. 476 min manat), “Qala Həyat” (1 mln. 853 min manat), “Atəşgah Sığorta”(700 min manat), “Standart İnsurance” (523 min manat),”Amrah Sığorta”-dır (22 min manat).

Qeyd edək ki, məbləğ baxımından bir il ərzində ən çox azalma “AXA MBASK” sığorta şirkətində olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər