AMB 170 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16:17 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103076S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.00%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 655,991,200.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.00%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.00%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 000 000.00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 28.11.2019

 

Bütün xəbərlər