Yeni ilə, Yeni İSMA BİKE ilə son 10 gün

11:44 - 18.12.2017


“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı əmanət yerləşdirən müştərilərin kampaniyadan yararlanmaq üçün sadəcə 10 günü qalmışdır.

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.

Artıq kampaniya çərçivəsində – 88 İsma Bike, 90 ədəd İphone X və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

Xatırlatmaq istərdik ki,  “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakilardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel  Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

 

Bütün xəbərlər