Neft qiymətləri düşüb, Azeri Light 1,54% ucuzlaşıb

10:19 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $1,02 (1,54%) düşüb və bir barelə $65,28  təşkil edib.

Cümə axşamı günü ərəfəsində düşdükdən sonra neftin etalon markalarının qiyməti ticarətdə artır.

Oktyabrın 30-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,98 (1,59%) enərək bir barelə $60,61 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,21 (0,31%) artaraq bir barelə $61,40 təşkil edib.

NYMEX birjasında oktyabrın 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,48 (0,86%) azalaraq bir barelə $55,06 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,13 (0,24%) artaraq bir barelə $55,19 təşkil etmişdir.

 

Bütün xəbərlər