İcbari Tibbi Sığorta Agentliyi zərər etdi – Səbəbini Açıqladı

11:11 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ci ili zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə Agentliyin açıqladığı maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir. Hesabatda zərərin əsas səbəbi kimi ötən il sığorta haqlarının yığımının olmadığı və dövlət büdcəsindən daxil olan məbləğlərin gəlir kimi qəbul olunması göstərilir. Ötən ilin tanınmış gəlirləri  cəmi 1 milyon 543 min manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə  pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat, Agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib.

Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon, Qrupun cəmi kapitalı 70 mln 536 min manat olub. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib ki, bunun da 85%-i uzunmuddətlidir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri isə 3 milyon 73 min manat təşkil edib.

Qeyd edək ki,  hesabatı audit sektorunun “böyük dördlüyünə” daxil olan “PwC Azerbaijan” MMC hazırlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər