Real sektora daha çox kreditin ayrılması üçün qaydalar dəyişdi – YENİLİK

15:04 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. Bankların istehlak kreditləşməsinə daha çox üstünlük verməsi prezidentin sədrliyi ilə keçirilən müşavirədə də xüsusi qeyd edilən məsələlərdən idi.

Müşavirədən qısa müddət sonra Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

 ABC.AZ xəbər verir ki, bunu  İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, sözügedən qaydalara dəyişikliyin məqsədini də açıqlayıb: “Bu qaydaların təsdiqində məqsəd real sektora daha çox kredit ayrılmasına nail olmaqdır.  Belə ki, artıq kiçik və orta sahibkarlara və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldıliıb. Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Dəyişikliklərdə, həmçinin, məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də öz əksini tapıb. Yəni qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilir”.

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər