330x110
 

Bu xidmətlərin haqqı iki dəfə aşağı salınıb - Sabahdan

31.10.2019,16:09


31 oktyabr, Fineko/abc.az. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə  yenidən baxılıb.

Fonddan ABC.AZ-a bildiriblər ki, simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınıb. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilib.

Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.

Beləliklə 1 Noyabr 2019-cu il tarixindən bəzi xidmətlərin haqları 0.02% azalacaq. Aşağı salıanacaq xidmətlər Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi,  Mərkəzi Bankının notlarının yerləşdirilməsi, Korporativ istiqrazların yerləşdirilməsi, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsidir. Repo əməliyyatları haqları isə sözügedən tarixdən 0,001% aşağı salınacaq.

Müəllif: Elmir Murad