SOCAR AQŞ “Bulla-dəniz”də daha bir quyunun tikintisini başa çatdırıb

17:04 - 31.10.2019


31 oktyabr, Fineko/abc.az. SOCAR AQŞ “Bulla-dəniz” yatağında daha bir quyu tikintisini uğurla və keyfiyyətlə başa çatdırıb.

Xəbər verilir ki, SOCAR AQŞ 6 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 6200 metr olan 113 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb.

Qazma qurğusunun rəisi İlqar Məmmədov bildirib ki, 113 nömrəli quyuda həyata keçirilən bütün bağlı “Azneft” İstehsalat Birliyi ilə vaxtaşırı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib, sifarişçinin təyin etdiyi bütün texnoloji parametrlərə və tələblərə tam riayət olunub: “SOCAR AQŞ”nin qazmaçıları dünyanın yüksək təzyiqli yataqlarından biri hesab edilən “Bulla-dəniz” də ilklərə imza atmaqla ən çətin sınaqların öhdəsindən uğurla gəldiklərini bir daha sübut etdilər”.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Bütün xəbərlər