330x110
 

Neft həftəni enişlə başa çatdırır, Azeri Light 1,32% ucuzlaşıb

01.11.2019,10:02


1 noyabr, Fineko/abc.az. Azeri Light markalı Azərbaycan nefti $0,80 (1,32%) düşüb və bir barelə $64,42   təşkil edib.

Cümə günü neftin qiyməti qalxsa da, həftəni kəskin azalma ilə başa vurur.

Oktyabrın 31-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $0,62 (1,03%) enərək bir barelə $59,62 təşkil etmişdir.

Saat 9:30-da Brent markalı neftin yanvar fyuçersi $0,13 (0,22%) bahalaşaraq bir barelə $59,75 təşkil edib.

NYMEX birjasında oktyabrın 31-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin dekabr fyuçersi $0,88 (1,6%) azalaraq $54,18 təşkil etmişdir.

WTI markalı neftin dekabr fyuçersi  saat 9:30-da $0,27 (0,5%) bahalaşaraq bir barelə $54,45  təşkil etmişdir.

Bu həftənin əvvəlindən Brent markalı neft 3,9%, WTI - 4,1% ucuzlaşıb. Oktyabr ayında Brent-in qiyməti 0,9%, WTI - 0,2% artıb.