Bu siyahılar yenilənib - Bakı Fond Birjasında

11:11 - 1.11.2019


1 noyabr, Fineko/abc.az. Bu gündən etibarən Bakı Fond Birjasında repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minib.

Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, Birjada qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin 27 sentyabr 2019-cu il tarixində təsdiqlənməsi ilə Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minib.

Qeyd edək ki, siyahı Bakı Fond Birjasının internet səhifəsində “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər