330x110
 

Sığorta bazarında 46 milyon manatlıq azalma var – Ötən illə müqayisədə

01.11.2019,14:51


1 noyabr, Fineko/abc.az. Sığorta bazarında vəziyyət stabildir.

Bunu ABC.AZ saytına sığorta üzrə ekspert Xəyal Məmmədxanlı bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta sektorunun yanvar-sentyabr ayları üçün açıqladığı göstəricilərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ümumiyyətlə ilin əvvəlindən etibarən bazarda müşahidə edilən tendensiya davam edir. X. Məmmədxanlı sektorda müqayisələr apararaq azalmalardan danışıb və qorxmağa əsasın olmadığını bildirib: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda ümumilikdə 46 milyon manatlıq azalma müşahidə olunsa da, bu azalma sadəcə 2 sığorta sinfində baş verib. Bunlar da könüllü həyat sığortasında və könüllü əmlak sığortasında olub. Əmlak sığortasındakı azalma əhəmiyyətli dərəcədə deyil və fikrimcə müvəqqəti xarakter daşıyır. Çünki, hər ay ötən illə müqayisədəki fərq daralır. Lakin, həyat sığortasındakı azalma ciddidir. Ötən illə müqayisədə 67 milyon manatlıq azalma var. Bunun da səbəbləri aydındır, vergi və məcburi sosial sığorta qanunvericiliyində ötən il baş vermiş dəyişikliklər həyatın yaşam sığortasında, həm yığımları, həm də cazibədarlığı və marağı azaldıb. Sevindirici hal odur ki, digər könüllü və icbari sığorta növlərində isə çox böyük fərqlərlə olmasa da artım tempi müşahidə olunur”.

Müəllif: Elmir Murad