Azərsu Qobustanın kəndlərində əhalinin su təchizatnı yaxşılaşdırır

16:25 - 1.11.2019


1 noyabr, Fineko/abc.az.  Azərsu ASC Qobustan rayonunun kəndlərində əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bu tədbirlər çərçivəsində rayonun Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Müəsissədən ABC.AZ saytına daxil olan məlumata görə, “Azərsu” ASC daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradır. Layihəyə əsasən, sakinlərə içməli su kəndin yaxınlığındakı mövcud bulaqlardan veriləcək.

Layihə çərçivəsində ümumi uzunluğu 5,7 km olan magistral və paylayıcı  su xətləri inşa edilir. Yeni şəbəkədən 150 fərdi evə birləşmə verilərək sayğac quraşdırılacaq. Tikinti-quraşdırma işləri cari ilin sonuna qədər tamamlanacaq. 

Qeyd edək ki, yeni layihənin icrasından kəndin 1000-dək sakini faydalanacaq.

 

Bütün xəbərlər