Azərbaycan ixrac missiyalarının təşkili üçün yeni potensial bazarlar araşdırır

13:17 - 18.12.2017


18 dekabr, Fineko/abc.az. Azərbaycan, ixrac missiyalarının coğrafiyasını genişləndirmək niyyətindədir.

Azərbaycan  Respublikası İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev mətbuat konfransında bildirib ki, 2017-ci ildə 10 missiya təşkil olunub, 2018-ci ildə isə daha 10 missiyanın  təşkili planlaşdırılır.

“İxrac missiyaları əsasən prioritet bazarlarda, yəni, MDB ölkələri, xüsusilə  Rusiya, Orta Asiya ölkələri, Fars körfəzi və Avropa Birliyi bazarlarında təşkil ediləcək”, - Abdullayev belə deyib.

Onun sözlərinə görə, hazırda  yerli məhsulların ixracı üçün yeni potensial bazarlar araşdırılır.

 

Bütün xəbərlər