Pakistan Milli Bankının Bakı filialı 297 min manat zərər edib – HESABAT

10:35 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. Pakistan Milli Bankının Bakı filialı (NBP Baku) 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, bank sözügedən dövrü 297 min manat zərərlə başa vurub.

Həmçinin Pakistan Milli Bankının Bakı filialının cəmi gəlirləri  300 min, cəmi xərcləri isə 647 min manat təşkil edib. Xərclərə gəlincə, bankın xərcləri gəlirləri üstələdiyindən bəhs olunan dövrdə 347 min manat əməliyyat zərəri yaranıb. Ehtimal olunan kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatın 50 min manatının azad olması hesabına zərər 297 min manata düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər