Azərbaycanda hansı bankın müştərilərə verdiyi kreditlər 100 milyon manata yaxın azalıb? - 9 AYDA

11:06 - 4.11.2019


4 noyabr, Fineko/abc.az. “Premium Bank”-ın müştərilərə verdiyi kreditlər 91 milyon 123 min manat azalıb.

ABC.AZ xəbər verir ki, bankın bu ilin 9 ayı üçün açıqladığı hesabata əsasən, 30 sentyabr 2019-cu il tarixində “Premium Bank” 576 milyon 387 min manat cəmi aktivlərə malik olub. Sözügedən aktivlərin 493 milyon 473 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 31 Dekabr 2018-ci il tarixində “Premium Bank” 646 milyon 284 min manat cəmi aktivlərə malik olmuş və aktivlərin 584 milyon 596 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi. Beləliklə, cari ilin 9 ayında “Premium Bank”ın cəmi aktivləri 69 milyon 897 min manat, müştərilərə verilən kreditlər isə 91 milyon 123 min manat azalıb.

Depozitlərin azalması ilə əlaqədar olaraq “Premium Bank”ın öhdəlikləri də azalıb. Ötən ilin sonu ilə müqayisədə depozitlər 69 milyon 140 min manat azalaraq 396 milyon 936 min manata düşüb. 2018-ci ilin sonu ilə müqayisədə “Premium Bank”ın cəmi kapitalı 4 milyon 297 min manat azalaraq 130 milyon 430min manata düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər